Şərh qutusuna şəkil necə əlavə etməli?

Xanaya şərh əlavə etmə mövzusunu müzakirə edərkən, şərh qutusuna yalnızca mətnin yazılması mövzusuna toxunmuşduq. Bəs, şərhin içinə hər hansı bir şəkil əlavə etmək mümkündürmü?

Mümkündür, əlbəttə.

Add picture to comment box - 1

Atacağımız addımları bir-bir qeyd edirəm.

  1. Əvvəla, istədiyimiz xanaya Shift+F2 shortcut-ı ilə yeni şərh qutusu əlavə edirik.
  2. Daha sonra həmin xanaya gəlib mouse ilə sağ klikləyib şərhin hər zaman görünməsini seçirik (Show/Hide Comments).
  3. Açılan şərh qutusunun çərçivəsi üzərinə gəlib mouse ilə sağ klikləyib Format Comment seçirik. (Diqqətli olun! Şərh qutusunun istənilən yerinə yox, məhz çərçivəsi üzərində sağ klikləmək lazımdır).
    Add picture to comment box - 2
  4. Açılan dialoq qutusunda Colors and Lines seksiyasına gedib Color drop-down siyahısından Fill Effects seçirik.
    Add picture to comment box - 3
  5. Açılacaq yeni dialoq qutusunda Picture, ordan da Select Picture klikləyirik.
    Add picture to comment box - 4
  6. Kompyuterimizdən şəkli seçib OK klikləyirik.
    Add picture to comment box - 5
  7. Beləliklə şərhimizə şəklimizi əlavə etmiş oluruq. Əgər şəkillərin üzdə olmasını istəmirsinizsə, şərhində şəkil olan xananın üzərində sağ klikləyib Hide Comments vasitəsilə şərhin gizlədilməsini seçə bilərsiniz. Belə olan halda şəkil yalnız mouse kursorunu o xananın üzərinə gətirdiyinizdə görünəcək.

capture-1

Uğurlar!

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s