Form Controls – mövzuya giriş

Excel-də hesabat və cədvəl hazırlayarkən, onların mümkün qədər professional və güvən verən olmasına nail olmalıyıq. Bu, ən əsas hədəflərdən biridir. Bu səbəblə, cədvəllərimizin lazımi qaydada formatlanmasına, rənglərin və yazı fontunun seçiminə, məlumatın önəminə çox ciddi şəkildə fikir verməliyik. Bundan əlavə, hesabatları daha üst səviyyəyə çıxarmaq üçün Excel-də müəyyən advanced üsullar var. Bu yazıda o üsullar haqqında ümumi məlumat veriləcəkdir.

Söhbət Form Controls adlandırdığımız vizual vasitələrdən gedir. Form Controls aşağıdakı screenshot-da gördüyümüz kimi, sağdakı qutudan seçəcəyimiz vergi növü əsasında soldakı rəqəmlərin avtomatik qaydada yenilənməsinə nail olmağa kömək edir.

Option box - 1

Form Controls haqqında ümumi məlumata başlamazdan əvvəl, Excel-də ilk başda əsas menuda yer almayan Developer menusunu gətirmək lazımdır. Excel-i ilk açdığımız zaman bu menu standart olaraq gəlmir, əlavə olaraq açmaq lazımdır.

Excel 2007 işlədənlər Office Button >> Excel Options >> Popular >> Show Developer Tab in the Ribbon seçməklə aktiv etməlidir.

Excel 2010 və 2013 işlədənlər isə, File >> Options >> Customize Ribbon seçib, sağdakı siyahıdan Developer olan sətri seçməklə problemi aradan qaldıra bilər.

Ümumilikdə Developer menusu aşağıdakı kimi görüntüyə sahibdir.

Option box - 2

Bizim istifadə edəcəyimiz hissəsi sadəcə Insert olan hissəsidir.

Ümumi anlayış olması və söhbətin konkret olaraq nədən getdiyinin anlaşılması üçün, gəlin ilk başda Form Controls vasitələrinə vizual olaraq nəzər yetirək. Hər birinin istifadəsi haqqında ətraflı yazılar olacaq. Lakin, bütün bu vasitələr hesabatların interaktiv olmasına kömək edir. Hesabatı oxuyan şəxs müəyyən komponentləri dəyişmək imkanına sahib olur və bu dəyişikliyin ümumi rəqəmlərə təsirini anında görmüş olur.

Combo Box

Form controls - 3Data Validation vasitəsilə xanaya siyahının əlavə edilməsi mövzusunu xatırlayırsınızsa, o zaman bunu anlamaq çətin olmayacaqdır.

Option Box

Form controls - 4Yazının əvvəlində də qeyd etdiyim kimi, sağdakı qutudan seçəcəyimiz vergi növü əsasında soldakı rəqəmlərin avtomatik qaydada yenilənməsinə nail oluruq.

Check Box

Form controls - 5Hesab edək ki, xaricdə training proqramında iştirak etmək üçün işçinizin ümumi xərclərini hesablamaq istəyirsiniz, lakin büdcənizin qısıtlı olması səbəbilə bütün xərcləri qarşılamaq mümkün olmacayağını düşünürsünüz. Check Box vasitəsilə istədiyiniz xərcləri daxil edib, istəmədiyinizi çıxararaq ümumi xərci büdcənizə uyğunlaşdıra bilərsiniz.

Siz hər dəfə check / uncheck etdiyiniz zaman ümumi xərc məbləği avtomatik yenilənmiş olacaq.

List Box

Form controls - 6

List Box mahiyyət baxımından Combo Box ilə eynidir, sadəcə təqdimat baxımından fərqlidir.

Gördüyümüz kimi, Form Controls vasitələri çox böyük imkanlar təqdim edir və əslində onların sayı burda sadaladıqlarımızdan çoxdur. Mövzuya giriş xarakteri olduğu üçün sadəcə ən vacib və ən geniş istifadə olunanları izah etməyə çalışdım. Hər biri haqqında ayrıca yazılar olacaq. Əslində, hər birinin necə işlədiyini gördükdən sonra mövzu çox daha rahat anlaşılacaqdır.

Uğurlar!

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s