Paste Special – xüsusi kopyala/yapışdır üsulları

Aşağıdakı cədvəldə olduğu kimi, 2 xananı bir birinə vurmaq istəsək etməli olduğumuz çox açıqdır.

Paste special - 1

D2 xanasına B2*C2 yazıb Enter-ə basdığımızda 5 və 6 rəqəmləri bir-biri ilə vurulub 30 nəticəsini verəcək. Və sonrasında D2 xanasını kopyalayıb D7 xanasına qədər olan aralığa yapışdırsaq, digər müvafiq xanalar da bir-biri ilə vurulmuş olacaq. Bu, Excel-in ümumi işləyiş mexanizmidir.

 capture-1

Formul yazılan xananı kopyalayıb 2 xana aşağı gətirsək, formulda istifadə olunan bütün xanalar da 2 xana aşağı düşmüş olacaq. Məsələn, D2 xanasına yuxarıdakı kimi formul daxil edib, onu kopyalayıb D3 xanasına yapışdırsaq, onun içindəki xanalar da 1 xana aşağı düşəcək.

Əgər D2 xanasındakını kopyalayıb E3 xanasına yapıdırsaq (1 aşağı, 1 sağa), o zaman formulun içindəki xanalar da 1 aşağı və 1 sağa “sürüşmüş” olacaq. Daha sadə dillə desək, formul özü hara hərəkət edirsə, içindəkiləri də eyni istiqamətdə aparır.

Gəlin, bu dəfə məsələyə başqa yöndən baxaq. Hesab edək ki, D2 xanasındakı nəticəni (misalımızda – 30) formul olaraq yox, adi quru rəqəm olaraq yapışdırmaq istəyirik. O zaman atmalı olduğumuz addımlar aşağıdakı kimi olacaqdır.

  1. Formul olan xananı Ctrl+C ilə kopyalayırıq
  2. Yapışdırmaq istədiyimiz xanaları highlight edirik
  3. Alt+E+S shortcut-ı ilə Paste Special dialoq qutusunu açırıq
  4. Siyahıdan Values seçib Enter-ə basırıq.

capture-2

Biz normal qaydada kopyala/yapışdır etmiş olsa idik, xananın içində formul olduğundan Excel nəticəni yox, məhz formulu kopyalayacaqdı. Lakin, yuxarıdakı üsulla biz sadəcə nəticənin kopyalanmasına nail olduq.

Paste Special qutusunu Alt+E+S shortcut-ından savayı Home >> Clipboard >> Paste Special olaraq da gətirmək mümkündür, amma hər bir halda shortcut-a üstünlük verilməsinin tərəfdarıyam.

Paste special - 4

Uğurlar!

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s