MATCH funksiyası

Ən sadə dillə desək, MATCH funksiyası hər hansı bir siyahıda yer alan hər hansı bir dəyərin o siyahıdakı sırasını müəyyən etməyə yardım edir.

MATCH funksiyası əksər hallarda ya nadirən istifadə olunur, ya da INDEX funksiyası ilə birlikdə çox güclü analitik vasitəyə çevrilir. INDEXMATCH funksiyalarının kombinasiyasını daha sonra nəzərdən keçirəcəyik, amma gəlin ilk əvvəl MATCH funksiyasının nə iş gördüyü və sintaksı ilə tanış olaq.

Dediyimiz kimi, MATCH funksiyası siyahıdan seçdiyimiz dəyərin o siyahıdakı sırasını müəyyən edir. Çox sadə bir misalla davam edək.

MATCH - 1

Solda ilin ayları sıralanıb, sağda isə seçəcəyimiz ayın siyahıda neçənci olduğunu müəyyən etməyə yarayacaq Row number xanası var. Məqsədimiz odur ki, E3 xanasına istənilən ayın adını daxil etdiyimiz anda F3 xanasında o ayın sıra etibarilə neçənci olduğu yazılsın. Yazacağımız formul belə olacaqdır.

MATCH - 2

Lookup_value – yoxlanılması istənilən dəyər

Lookup_array – yoxlanılması istənilən aralıq

Match_type – Burda hər zaman 0, yəni Exact match seçilməlidir.

Sadə dillə desək, Excel E3 xanasına daxil etdiyimiz məlumatı (Ay adını) C3:C14 aralığında axtaracaq, və tapdığı anda onun sıra nömrəsini bizə verəcək. Formulu yazıb Enter etdiyimiz zaman Oktyabr ayının sıralamada 10-cu olduğunu müəyyən etdi.

MATCH - 3

Bir nyuansı da unutmayın. Əgər Oktyabr ayı əsas siyahıda 10-cu yox 2-ci olsaydı, yuxarıdakı formul bizə 10 yox, 2 nəticəsini verəcəkdi. Burda əsas, siyahıda neçənci olduğudur.

Formulu analiz etməniz üçün əlavədəki faylı endirə bilərsiniz. Ay adlarını dəyişib nəticənin avtomatik qaydada necə dəyişdiyini görə bilərsiniz.

Uğurlar!

Faylı endir – MATCH funksiyasi

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s