Goal Seek – geriyə doğru hesablama

Bəzən elə hallarla rastlaşırıq ki, geriyə doğru hesablamaq ehtiyacı hiss edirik. Məsələn, kredit götürmək istədiyimizi fərz edək. 10,000 AZN məbləğində, 16% faiz dərəcəsi ilə 12 aylıq bir kredit.

Aylıq geri ödəmələrimizi PMT funksiyası bizə aşağıdakı kimi hesablayacaq.

Goal seek - 1

Amma şəxsi büdcəmizi analiz etdikdən sonra ortaya çıxan 907 AZN aylıq ödənişin çox yüksək olduğunu və aylıq kredit ödənişinə maksimum 500 AZN ödəyə biləcəyimizə qərar veririk.

Belə olan halda, qarşımıza 3 cür sual çıxır:

  1. Kreditin məbləği neçə olmalıdır ki, aylıq ödənişim 500 AZN olsun?
  2. Krediti hansı faiz dərəcəsi ilə götürməliyəm ki, aylıq ödənişim 500 AZN olsun?
  3. Krediti hansı müddətə götürməliyəm ki, aylıq ödənişim 500 AZN olsun?

Bir-birinin oxşarı və mahiyyət baxımından birəbir eyni 3 sual. Bu suallara cavab tapmaq üçün yuxarıdakı rəqəmləri manual olaraq dəyişərək Aylıq ödəniş (monthly payment) məbləğini 500 AZN-ə gətirə bilərik, lakin əvvəlcədən deyim ki, dəqiq nəticəni əldə etmək üçün xeyli çalışmaq lazım olacaq. Ümumiyyətlə, bunu manual etməyə çalışmaq çox lazımsız bir işdir.

Bunun əvəzinə, Excel-dəki Goal Seek funksionallığından istifadə etmək ən doğrusu olacaqdır.

Bunun üçün Data >> Data Tools >> What-if Analysis >> Goal Seek seçilməlidir. Qarşımıza bu cür dialoq qutucuğu çıxacaq.

Goal seek - 2

Set cell – Dəyişdirmək istədiyimiz xana – Bizim misalımızda 907 AZN-nin olduğu xana

To value – Hədəfimiz olan, olmasını istədiyimiz məbləğ – 500 AZN

By changing cell – Hansı xananı dəyişməklə – biz ya kreditin məbləğini, ya faiz dərəcəsini, ya da kreditin müddətini dəyişə bilərik.

Qısaca, Excel-ə “filan xanadakı dəyəri dəyişərək, filan məbləği filan məbləğə gətir” deyirik. Əslində ingilis dilindən rahat istifadə edən şəxslər bu komponentləri arxa arxaya oxusa, bunda çox rahat bir məntiq tapacaq:

Set cell A to value B by changing cell C.

Gəlin aşağıdakı görüntüyə baxaq. Daha yaxşı anlaşılacaq.

Kreditin faiz dərəcəsi və müddətinə toxunmadan, kreditin məbləğini elə bir səviyyəyə gətirmək istəyirik ki, aylıq geri ödəmələrimiz 500 AZN olmuş olsun.

Goal seek - 1

Excel-ə deyirik ki, 10,000-i elə bir məbləğə gətir ki, 907 AZN dəyişib olsun 500 AZN. Bu qədər sadə.

Nəticə etibarilə, aylıq 500 AZN-dən çox ödəmək istəmiriksə, 5,511 AZN-dən çox kredit götürməməli olduğumuzu öyrənmiş oluruq.

Gəlin, bu dəfə də məbləğ və faiz dərəcəsini dəyişmədən, aylıq 500 AZN ödəmək surətilə geri ödənəcək ayların sayını müəyyən edək. Tamamilə eyni məntiq işləyəcək.

Goal seek - 2

Bunun mənası odur ki, kreditin məbləği və faiz dərəcəsinə toxunmadan, aylıq 500 AZN ödəmək istəyiriksə, krediti 23 ay müddətinə götürməliyik.

Mövzunu bitirmədən öncə, çox vacib 2 nyuansı da qeyd etmək istəyirəm:

  1. “Set cell” xanası hər zaman formul,
  2. “By changing cell” xanası isə hər zaman adi rəqəm ehtiva etməlidir.

Özünüzü sınamağınız üçün aşağıdakı kimi bir cədvəli diqqətinizə çatdırıram. Əlavədə tapacağınız faylı endirib Excel üzərindən Goal Seek edə bilərsiniz. Ümumiyyəylə, Goal Seek iş həyatının bir çox sahəsində istifadə oluna bilər.

Goal seek - 3

Uğurlar!

Faylı endir – Goal Seek

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s