Xanaya şərh əlavə etmə – Shift+F2

Excel-də hər hansı bir xanaya şərh əlavə etmək üçün əsasən 2 yol izlənir:

  1. Shift+F2 kombinasiyası, və yaxud
  2. Data Validation ilə.

İndiki yazıda ilk yol, yəni Shift+F2 kombinasiyası izah ediləcəkdir.

Mövzuya başlamazdan əvvəl “şərh əlavə etmək nəyə lazımdır?” sualı ortaya çıxa bilər. Əvvəl bunu cavablamağa çalışaq.

Şərhlər daha çox financial modelling və hesabatlıqda lazım olur. Əlinizdə məlumat bazası ola və siz bu baza ilə mənalı hesabat hazırlamaq tapşırığı ala bilərsiniz. Belə olan halda, hesabatınızda göstərəcəyiniz məbləğ/mətn/qrafik/digər ilə bağlı əlavə şərh vermə ehtiyacınız ola bilər. Yəni, sözügedən məbləğləri hardan aldığınız, məlumatın tarixi, məlumatın alındığı şəxs və s. Və belə olan hallarda hesabatınız oxuyan üçüncü şəxsləri daha ətraflı məlumatlandırmış olursunuz. Şərhlər sadəcə əlavə məlumat xarakteri daşıyır və hesablamalarda heç bir şəkildə iştirak etmir.

Şərh əlavə etmənin ən asan yolu – Shift+F2 kombinasiyasıdır. (Review menusundan New Comment də seçilə bilər, amma əlinizi hər zaman shortcut-lara alışdırsanız çox daha effektiv olar.) Şərh əlavə etmək istədiyiniz xananın üzərinə gəlib Shift+F2-dən istifadə etsək, qarşımıza belə bir qutucuq açılacaq.

Add comment - 1

Qutucuğa istənilən əlavə məlumat daxil edilə bilər, tamamilə sizdən asılı olan bir nyuansdır.

Hər hansı bir xanaya şərh əlavə edilib-edilmədiyini xananın sağ üst küncündəki qırmızı üçbucaqdan anlamaq olar. Şərh əlavə etdikdən və hər hansı bir xanaya kliklədikdən sonra şərh qutucuğunun yox olduğunu görəcəyik. Amma şərhin hər zaman görünməyini istəyiriksə, sağ klikləyib Show/Hide Comments seçməliyik. Aşağıdakı kimi.

Untitled

Daha sonra şərh qutucuğuna istədiyimiz formanı verə və istədiyimiz yerə çəkə bilərik. Şərhi təkrar görünməz etmək istəsək, eyni şəkildə şərhin olduğunu xanaya gəlib, sağ klikləyib Hide Comment seçməliyik.

Şərhin silinməsi üçün Delete Comment – in seçilməli olacağını deməyə isə ehtiyac görmürəm.

Digər şərh əlavəetmə metodu Data Validation ilə bu yazımızda tanış ola bilərsiniz – Xanaya şərh əlavə etmə – Data Validation

Uğurlar!

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s