IFERROR funksiyası

Hesabatlarımızı hazırlayarkən bəzən qarşımıza bir-birindən xarakter baxımından fərqlənən xətalar olan xanalar çıxır və bu xətaların nə olduğunu Exceldə formul xətaları adlı  yazımızda ətraflı şəkildə ələ almışdıq. Bu xətalardan bəzilərini sıralayacaq olsaq – #DIV/0!, #REF!, #VALUE! və s. adlarını çəkə bilərik. Xəta olmaqla bərabər, bu cür çirkin görünüşlü yazıların hesabatlarımızda olmasına razı ola bilmərik və bu səbəblə, elə bir funksiyadan istifadə etməliyik ki, hər hansı bir xəta nəticəsi çıxdıqda, Excel onu göstərməsin. Buna necə nail olacağımıza baxaq.

Fərz edək ki, şirkətimizin illər üzrə gəlir və xərclər haqqında hesabatını hazırlayırıq. Ən sadə halıyla belə bir hesabatımız olmuş olsun.

IFERROR funksiyasi - 1

Gəlirlərimizdən xərclərimiz çıxıldıqdan sonra xalis mənfəət/zərərimiz müəyyənləşir, İllər üzrə, 1,500, -6,000, 1,000 və 5,000. Daha sonra bu məbləğ gəlirlərimizə bölünərək bizə xalis mənfəət/zərər nisbətini verir.

Lakin diqqət etsəniz, 2015-ci ildə gəlir olmadığına görə, sıfıra bölünmə əməliyyatı müvafiq xətanı verir.

Yəqin razılaşarsınız ki, hesabatın görünüşü bundan xeyli zərər görür və IFERROR funskiyası məhz bu cür vəziyyətlərdə köməyimizə çatır.

IFERROR funksiyasının çox bəsit bir məntiqi var. Bu funskiya ilə Excel-ə deyirik ki, “əgər hər hansı bir xanada hər hansı bir xəta olsa, o zaman seçəcəyimiz yazını həmin o xanaya yaz”. Misal üzərindən gedək, daha yaxşı anlaşılacaq.

IFERROR funksiyasi - 2

Görürük ki, funskiya 2 hissədən ibarətdir.

  1. Xətanın ola biləcəyi xana və yaxud əməliyyat,
  2. Xəta olacağı təqdirdə yazmaq istədiyimiz yazı.

Daha sadə dillə desək, C8 xanasına yazdığımız funksiya ilə deyirik ki, C7/C5 əməliyyatından hər hansı bir xəta ortaya çıxarsa, o zaman o C8 xanasını boş burax. İki dırnaq işarəsi (“”) Exceldə boşluq mənasına gəlir.

Başqa bir ifadə ilə, əgər xalis mənfəət/gəlirlər nəticə olaraq xəta versə, o zaman xalis mənfəət % xanası boş buraxılacaq.

Gəlin bu formulu kopyalayıb digər xanalara yapışdıraq. Görəcəyik ki, daha əvvəlki #DIV/0! xətası artıq yoxdur. Excel xətanı gördüyü anda onu boşluqla əvəz etdi, və beləcə hesabatımız daha “təmiz” bir görünüş aldı.

IFERROR funksiyasi - 3

Vacib bir başqa nyuansı da diqqətinizə çatdırmaq istəyirəm. Yuxarıdakı misalda boşluq olaraq yazdığımız yerə siz hər hansı bir mətn mesajı yaza, ya da hər hansı bir xanaya reference verə bilərsiniz. Bu tamamilə sizin istəyinizə bağlı bir şeydir. Bizim misalımızda sadəcə iki dırnaq əvəzinə “No revenues” tipli bir yazı da qoya bilərsiniz. Tamamilə sizdən asılıdır.

Funksiyadan istifadə etməniz üçün faylı əlavədən endirə bilərsiniz.

Uğurlar!

Faylı endir – IFERROR funksiyasi

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s