İstifadə edilməyən bütün sütun və sətirləri gizləmək

Bəzi hallarda, əsas hesabatımızın olduğu səhifədə tək bir cədvəl olur və bu cədvəl xaricindəki digər bütün xanalar istifadəsiz vəziyyətdə qalır. Əsas fokusun o cədvəldə olmasını istəyiriksə, digər bütün sətir və sütunları gizləmək yoluna gedə bilərik. Aşağıdakı screenshot-da da gördüyümüz kimi, 4 ədəd sütun (A,B,C,D) və 10 ədəd sətir aktivdir, digərləri işlədilmədiyi üçün deaktivdir. Deaktiv olduğunu həm sütun/sətir adlarının olmamasından, həm də tünd fondan ayırd etmək mümükündür.

Hide all rows and columns - 1

Bunu əldə etmək üçün nə etməli? Çox bəsit Hide əməliyyatı ilə bunu həyata keçirə bilərik.

Əvvəla, gizləmək istədiyimiz sütunlar seçilir. Bunun üçün gizləyəcəyimiz ilk sütun bütövlükdə seçilir və daha sonra Ctrl+Shift+Sağ düymələri basılaraq sağa doğru bütün sütunların seçilməsi əldə edilir. Mouse-un sağ düyməsi kliklənərək Hide seçilir.

Bu qədər. Aşağıdakı görüntüyə nəzər yetirin.

Untitled

Eyni şəkildə sətirləri də “yox edə” bilərik. Bu dəfə, bütün sətirləri seçmək üçün Ctrl+Shift+Aşağı kombinasiyasından istifadə etməliyik.

Untitled-2

Beləliklə, lazım olmayan bütün sətir və sütunlar gizlədilmiş oldu.

Əgər səhifəni əvvəlki halına bərpa etmək istəsək, o zaman sətir və sütunları seçmək üçün mouse-dan istifadə etməliyik, belə ki, Ctrl+Shift+Aşağı/Sağa kombinasiyası işləməyəcək. Sətirləri aktivləşdirmək istəyiriksə, mouse ilə son sətir bütövlükdə seçilir və aşağı tərəf çəkilir. Mouse-un sağ düyməsi kliklənib Unhide edilir.

Untitled-3

Uğurlar!

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s