SMALL funksiyası

LARGE funksiyası haqqında daha öncə danışmışdıq və o funksiya haqqında dediklərimiz eynilə SMALL funksiyası haqqında da aktualdır. LARGE sıralamadakı dəyərləri böyüklük dərəcəsinə görə müəyyən edərkən, SMALL tam tərsi, kiçiklik dərəcəsinə görə müəyyən edir. Yəni, siyahıdakı ən kiçik 4-cü, 5-ci və ya n-ci dəyəri bilmək istəsəniz, SMALL funksiyasından istifadə etməli olacaqsınız.

Xatırlayırsınızsa, LARGE funksiyası müzakirə edilərkən, bank filiallarından bəhs etmiş, ən çox kredit portfelinə sahib 5 filialı müəyyən etmişdik. Eyni qaydada, ən az portfelə sahib filialları müəyyən edə bilərik. Əvvəlcə, gəlin funksiyanın işləyiş mexanizminə baxaq.

SMALL funksiyasi - 1

Gördüyümüz kimi, hər iki funksiyanın yazılış qaydası birəbir eynidir: aralıq seçilir və kiçiklik dərəcəsi kriteriya olaraq daxil edilir. Yuxarıdakı misalımızda seçilmiş aralıq arasında ən kiçik 3-cü dəyər müəyyənləşdiriləcək.

Əlavə olaraq xatırladım ki, =MIN(C4:C15) ilə =SMALL(C4:C15;1) formulları tamamilə eyni nəticəni verəcəkdir.

Bank filialları misalı ilə davam etsək, etməli olacağımız tək şey funksiya adının dəyişdirilməsi olacaq. Aşağıdakı kimi.

SMALL funksiyasi - 2

Formulumuz ən az portfelə sahib 5 bankı avtomatik qaydada yeniləmiş olacaq. Yəni üstdəki cədvəldə edəcəyiniz hər bir dəyişiklik aşağıdakı hesabatda yenilənmiş olacaq. Həm məbləğ, həm də filial adı baxımından.

Hesablama faylını əlavədən endirə bilərsiniz.

Uğurlar!

Faylı endir – SMALL funksiyasi

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s