Siyahıdakı unikal dəyərlərin sayı

Yaxın zamanlarda öyrəndiyim bir formulu sizlərlə paylaşmaq istəyirəm. Hesab edin ki, hansısa bir siyahıdakı unikal dəyərlərin sayını bilmək istəyirsiniz. Remove Duplicates vasitəsilə siyahını seçib, dublikatları silib, unikal dəyərlərin sayını öyrənmək olar, amma bunu formul vasitəsilə etmək istəsək necə etməli?

Siyahımız aşağıdakı kimi olsun.

Number of unique values - 1

Yazacağımız formul belə olacaqdır.

=SUMPRODUCT(1/COUNTIF(C3:C11;C3:C11))

Number of unique values - 2

Formulun çalışma məntiqini yazını qələmə aldığım dövrdə tam başa düşməmişdim, amma dəyərli dostum Elnur bu məsələyə çox aydın bir şəkildə açıqlıq gətirdi:

“=COUNTIF(C3:C11,C3:C11) array funksiyasıdır. Nəticəsi bir rəqəm deyil bir neçə rəqəm olacaq. Bu şəkildə: {3;3;2;1;2;3;1;1;1}. Yəni hər bir dəyərin neçə dənə olduğunu göstərəcək. Mis. Bakı sözü üç dənədir və Bakı sözünün olduğu hər xanada 3 rəqəmini göstərir.

=1/COUNTIF(C3:C11,C3:C11) yuxarıdakı rəqəmləri 1 ə bölür. Nəticəsi: {0.333333333333333;0.333333333333333;0.5;1;0.5;0.333333333333333;1;1;1}
Mis üçün: Bakı üçün hesablanan 3 rəqəmi 0.33 dəyərini aldı (1/3).

=SUMPRODUCT(1/COUNTIF(C3:C11,C3:C11)) həmin bölünmüş rəqəmləri topladı.
Bakı üçün üç ədəd 0.33 rəqəmi hesablanmışdı. Bunurı toplayanda 1 rəqəmini alacaq. Yəni Bakı 1 unikal söz kmi hesablandı. Əgər dörd ədəd Bakı sözü olsaydı 4 ədəd 0.25 i toplayacaqdı.”

Bir nyuansı da qeyd etmək istəyirəm ki, dəyər dediyimiz mövhum həm mətn, həm rəqəm, həm də hər hansı bir işarə ola bilər.

Analiz etməniz üçün faylı əlavədən endirə bilərsiniz. Siyahıdakı dəyərləri dəyişdirərək nəticənin necə dəyişdiyini müşahidə edə bilərsiniz.

Faylı endir – Number of unique values

Advertisements

2 thoughts on “Siyahıdakı unikal dəyərlərin sayı

  1. Salam Elnur,
    Gözəl sözlər üçün çox təşəkkür edirəm, əlimdən gəldiyi qədər layiq olmağa çalışıram.
    Məsələyə bu cür açıq və anlaşılır şəkildə aydınlıq gətirdiyin üçün isə, ayrıca təşəkkür edirəm, artıq formulun məntiqi çox dəqiq şəkildə anlaşıldı.
    Gələcəkdə hər hansı bir mövzu ilə bağlı əlavələrin olsa, mütləq bizlərlə bölüş 🙂
    Uğurlar!

    Like

  2. Salam Elçin. Sayt münasibəti ilə təbrik edirəm. Çox gözəl saytdı. Arzu edirəm ki qısa zamanda daha da mükəmməl olacaq.

    “Formulun çalışma məntiqini anlamaqda çətinlik çəkdim, anlayan kimsə izah etsə hamımız öyrənmiş olarıq”

    =COUNTIF(C3:C11,C3:C11) array funksiyasıdır. Nəticəsi bir rəqəm deyil bir neçə rəqəm olacaq. Bu şəkildə: {3;3;2;1;2;3;1;1;1}. Yəni hər bir dəyərin neçə dənə olduğunu göstərəcək. Mis. Bakı sözü üç dənədir və Bakı sözünün olduğu hər xanada 3 rəqəmini göstərir.

    =1/COUNTIF(C3:C11,C3:C11) yuxarıdakı rəqəmləri 1 ə bölür. Nəticəsi: {0.333333333333333;0.333333333333333;0.5;1;0.5;0.333333333333333;1;1;1}
    Mis üçün: Bakı üçün hesablanan 3 rəqəmi 0.33 dəyərini aldı (1/3).

    =SUMPRODUCT(1/COUNTIF(C3:C11,C3:C11)) həmin bölünmüş rəqəmləri topladı.
    Bakı üçün üç ədəd 0.33 rəqəmi hesablanmışdı. Bunurı toplayanda 1 rəqəmini alacaq. Yəni Bakı 1 unikal söz kmi hesablandı. Əgər dörd ədəd Bakı sözü olsaydı 4 ədəd 0.25 i toplayacaqdı.

    Uğurlar

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s