IFERROR funksiyası

Hesabatlarımızı hazırlayarkən bəzən qarşımıza bir-birindən xarakter baxımından fərqlənən xətalar olan xanalar çıxır və bu xətaların nə olduğunu Exceldə formul xətaları adlı  yazımızda ətraflı şəkildə ələ almışdıq. Bu xətalardan bəzilərini sıralayacaq olsaq – #DIV/0!, #REF!, #VALUE! və s. adlarını çəkə bilərik. Xəta olmaqla bərabər, bu cür çirkin görünüşlü yazıların hesabatlarımızda olmasına razı ola bilmərik və bu səbəblə, elə bir funksiyadan istifadə etməliyik ki, hər hansı bir xəta nəticəsi çıxdıqda, Excel onu göstərməsin. Buna necə nail olacağımıza baxaq.

Continue reading

Advertisements

Gantt chart – layihələrin idarəedilməsində əvəzolunmaz vasitə

Gantt chart-dan əsasən layihələrin idarəedilməsi zamanı istifadə olunur. Hər bir layihə, bildiyimiz kimi, bir çox addımdan ibarət olur və bu addımları lazımi şəkildə planlaşdırmaq gərəkir. Hər bir addımın başlanğıc və bitiş tarixi, o addımdan məsul olacaq şəxs və s. kimi nyuanslar müəyyən edilir və bir qrafik halında Layihə Rəhbəri üçün əvəzedilməz vasitəyə dönüşdürülür. Ən kobud halıyla aşağıdakı kimi bir formatda olur.

Gantt chart - 1

Continue reading

Slicer Filter – formatlama

Slicer Filter haqqındakı ilk yazımızda bu mövzuya giriş xarakterli bəzi məlumatlar vermişdik. Slcer Filter-in nə olduğu, hansı hallarda istifadə ediləcəyi və işimizi necə yüngülləşdirdiyi ətrafında müzakirə aparmışdıq.

İndi isə, gəlin bu filterlərin vizual tərəfinə baxaq və onları öz zövqümüzə uyğun necə şəkilləndirə biləcəyimizi araşdıraq. Bunun üçün daha öncəki hazırlamış olduğumuz fayldan istifadə edəcəyik. Aşağıdakı linkdən faylı endirin.

Continue reading

İstifadə edilməyən bütün sütun və sətirləri gizləmək

Bəzi hallarda, əsas hesabatımızın olduğu səhifədə tək bir cədvəl olur və bu cədvəl xaricindəki digər bütün xanalar istifadəsiz vəziyyətdə qalır. Əsas fokusun o cədvəldə olmasını istəyiriksə, digər bütün sətir və sütunları gizləmək yoluna gedə bilərik. Aşağıdakı screenshot-da da gördüyümüz kimi, 4 ədəd sütun (A,B,C,D) və 10 ədəd sətir aktivdir, digərləri işlədilmədiyi üçün deaktivdir. Deaktiv olduğunu həm sütun/sətir adlarının olmamasından, həm də tünd fondan ayırd etmək mümükündür.

Hide all rows and columns - 1

Continue reading

Pivot Table və Slicer Filter – çox güclü analitik iki vasitə

Professional həyatınızda əlinizdə həcm baxımından çox böyük məlumat bazası olmuş, bu məlumat bazasından lazımi hesabatların yaradılması və rəhbərliyə təqdim edilməsi zərurəti yaranmış və siz bunu etməkdə ciddi çətinliklərlə üzləşmisinizmi? Elə isə, yalnız deyilsiniz. Bu problemlə hər gün yüzminlərlə insan qarşılaşır və əksər hallarda bunun öhdəsindən gələ bilmir. Çünki iş həyatında, xüsusilə də biznes sahəsində, gündəlik olaraq həyata keçirilən əməliyyatların sayı və onların həcmi o qədər böyükdür ki, bu məlumat bazasından lazımi informasiyanın çəkib çıxarılması çox vaxt, əsəb və profesionallıq tələb edir.

Bu kimi hallarda, Excel 2010 və Excel 2013-də istifadə edə biləcəyimiz çox güclü analitik iki vasitəmiz var – Pivot Table və Slicer Filter.

Continue reading

Sparklines – xanadaxili diaqram və qrafiklər

Excel 2010 (və onun davamı olaraq Excel 2013) çox maraqlı bir yenilik ilə yadda qaldı: artıq tək bir xanaya diaqram və qrafik əlavə edə biləcəkdik. Aşağıda da gördüyümüz kimi, fərqli məhsullar üzrə aylıq satış məbləğləri var. Excel 2007 və daha öncəsində hər hansı bir trend xətti əlavə etmək üçün ayrıca qrafiklər tərtib etməmiz lazım olacaqdı, lakin xoşbəxtlikdən Excel 2010 və sonrası bunun çox daha sadə, praktik və gözəl yolunu təqdim etdi. Aşağıdakı screenshot-da görüldüyü kimi, bundan belə tək bir xananın daxilinə həmin trend xəttini əlavə etmək imkanımız var.

Sparklines - 1

Continue reading