SUMIFS və COUNTIFS funksiyaları

Xatırlayırsınızsa, SUMIF funksiyası tək bir kriteriyadan asılı olaraq istənilən kateqoriyanı qruplaşdırmağa kömək edirdi. Bəs bu kriteriyaların sayı birdən çoxdursa? SUMIFS funksiyasından istifadə etmək zamanı yetişib deməkdir. 

Əlinizdə işçilərinizin siyahısı və aldıqları müvafiq maaş olan bir fayl olduğunu fərz edin. Sizi 4 sual maraqlandırır:

  1. Neçə işçi 2,000 AZN-dən çox maaş alır?
  2. 2,000 AZN-dən yuxarı maaş alanların ümumi maaşı nə qədərdir?
  3. Neçə işçi 1,000 AZN-dən çox, lakin 1,500 AZN-dən aşağı maaş alır?
  4. 1,000 AZN-dən çox, lakin 1,500 AZN-dən aşağı maaş alanların ümumi maaşı nə qədərdir?

SUMIFS and COUNTIFS - 1

Gəlin hər bir suala cavab tapaq.

1. Neçə işçi 2,000 AZN-dən çox maaş alır?

Bunun üçün istifadə etməli olacağımız funksiya – COUNTIF funksiyasıdır, çünki tək bir kriteriya var – 2,000 AZN-dən yuxarı maaş alanların sayı. Əvvəla, maaş aralığı, daha sonra isə kriteriya daxil edilir. Bu cür əllə daxil edilən kriteriyalar hər zaman dırnaq arasında daxil edilməlidir.

SUMIFS and COUNTIFS - 2

2. 2,000 AZN-dən yuxarı maaş alanların ümumi maaşı nə qədərdir?

Bunu hesablamaq üçün isə, müəyyən kriteriyaya uyğun gələn maaşlar cəmlənməlidir. İstifadə edəcəyimiz funksiya – SUMIF-dir.

SUMIFS and COUNTIFS - 3

Əvvəlcə, maaş aralığı, daha sonra isə dırnaq arasında kriteriyamız daxil edilməlidir.

3. Neçə işçi 1,000 AZN-dən çox, lakin 1,500 AZN-dən aşağı maaş alır?

Diqqət edəcəyiniz kimi, kriteriyaların sayı birdən ikiyə qalxdı. Artıq COUNTIF funksiyasından istifadə edə bilməyəcəyik, əvəzində COUNTIFS köməyimizə çatacaq.

SUMIFS and COUNTIFS - 4

COUNTIFS funksiyasının sintaksı (yazılış qaydası) mahiyyət etibarilə çox sadədir. Gördüyünüz kimi, əvvəlcə kriteriyanın tətbiq ediləcəyi aralığı, daha sonra isə kriteriyanın özünü seçirsiniz. Kriteriyamız maaş olduğu üçün, həm 1,000 AZN-dən yuxarı, həm də 1,500 AZN-dən aşağı olan maaşlar D5:D25 aralığından seçiləcək.

4. 1,000 AZN-dən çox, lakin 1,500 AZN-dən aşağı maaş alanların ümumi maaşı nə qədərdir?

SUMIFS and COUNTIFS - 5

Bu çətinlik isə SUMIFS funksiyası ilə aradan qaldırılacaqdır. SUMIFS funksiyasının işləyiş mexanizmi haqqında məlumatı olmayanlar üçün daha sonra ətraflı məqalə veriləcək.

Formullar üzərində işləyə bilməniz üçün hesablama faylını əlavədən endirə və funksiyaların yazılış qaydaları ilə bilavasitə tanış ola bilərsiniz.

Faylı endir – SUMIFS and COUNTIFS

Advertisements

2 thoughts on “SUMIFS və COUNTIFS funksiyaları

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s