SUM 3D – möcüzəvi formul

Fərz edin ki, işlədiyimiz şirkətdə aşağıdakı departamentlər var. Və bizə şirkət üzrə bu departamentlərin xərclərinin hər birinin ayrılıqda və şirkət üzrə cəmini hesablamaq tapşırılıb.

SUM 3D - 1

Əvvəlcə gəlin faylı endirək – SUM 3D formula

Hər bir departament üzrə aşağıdakı xərc kateqoriyalarını və hər bir xərc kateqoriyası üzrə məbləğləri müəyyən etmiş olaq. Hər bir departamentin xərcləri ilə endirdiyiniz faylda tanış ola bilərsiniz.

SUM 3D - 2

Qarşımızda duran məqsəd isə, bütün bu departamentlərin xərclərini Consolidated adlı sheet-də cəmləmək. Bunun üçün bir çoxumuz çox güman ki, hər bir sheet-ə bir-bir gedib müvafiq xanaları cəmləməyə çalışacaq və aşağıdakı kimi bir formul ortaya çıxacaq:

SUM 3D - 3

Yəni, adi SUM funksiyasından istifadə edərək, hər bir səhifəyə gedib, bir-bir C5 xanasını seçib cəmləmək. Ya da, daha da pis, “+” işarəsindən istifadə etməklə. Bunun kimi:

SUM 3D - 4

Əlbəttə, bu mümkündür, lakin lazımsız yerə çox zaman və əmək itkisidir. Bunun əvəzinə, biz çox daha qısa və zəhmətsiz bir yol izləyəcəyik.

Belə kimi hallarla qarşılaşdıqda, etməli olduğumuz çox sadədir. Xronoloji ardıcıllıq belədir:

  • =SUM(  yazırlıq
  • Cəmlənməsini istədiyimiz ilk sheet-i klikləyirik (misalımızda – HR). Sadəcə aşağıda sheet-in adını klikləyirik, başqa heç nə.
  • Shift düyməsinə basaraq, cəmlənməsini istədiyimiz son sheet-i klikləyirik (misalımızda – Production). Formul xanasında aşağıdakı formulun əmələ gəldiyini görəcəyik:

SUM 3D - 5

  • Cəmlənməsini istədiyimiz xananı seçirik (bizim misalda – C5). Formulun son halı belə olmalıdır:

SUM 3D - 6

  • Enter düyməsi. Cəmləmə əməliyyatı yekunlaşdı.

Bu formulla Excel-ə deyirik ki, HR və Production sheet-ləri arasında olan bütün sheet-lərdəki C5 xanalarını cəmlə.

C5 xanasını Copy edib, C13 xanasına qədər Paste etsəniz, hesabatınız tamamlanmış olacaq. Məbləğlərin doğruluğunu, hər bir sheet-ə gedib xanaları bir-bir cəmləyərək də yoxlayıb əmin ola bilərsiniz. Hesabatın son halı isə belə olmalıdır.

SUM 3D - 7

Burda çox vacib təfərrüatı da gözdən qaçırmayın – kateqoriyalar və onlara müvafiq məbləğlər hər bir sheet-də eyni xanada olmalıdır. Məsələn “Salaries” kateqoriyasına aid məbləğ HR-da C5, Marketingdə D6 xanasında olsa, təbii ki, yanlış nəticələr əldə edəcəksiniz. Diqqətli olun!

Uğurlar!

Formullar olan hazır fayl – SUM 3D formula – executed

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s