Kredit kalkulyatoru – aylıq ödənişlərin hesablanması

Alınan kreditlərin aylıq geri ödəmə məbləğlərini və geri ödəmə qrafikinizi bilmək istəyirsinizsə, bu fayl tam sizə görədir. Faylda müvafiq xanalara kreditin məbləği, müddəti və faiz dərəcəsini daxil edib, anında geri ödəmə qrafikinizi görürsünüz. Bütün formullar açıqdır, nəyin necə hesablanmış olduğunu bilmək istəsəniz görə bilərsiniz.

Faylı endir – Monthly loan amortization schedule

Burda bəzilərimiz üçün anlaşılmaz gələ biləcək bəzi nyuanslara toxunmaq istəyirəm.

Loan amortization - 1

Principal – kreditin ilkin məbləği

Annual interest rate – illik faiz dərəcəsi

Term – kreditin aylar olaraq müddəti

Loan date – kreditin rəsmiləşdirildiyi tarix

Payment type – bu fayldakı ən vacib xanalardan biridir. Geri ödəmənin hər ayın əvvəlində, yoxsa sonunda ediləcəyinin seçimidir. Ayın əvvəlində ödəmə etsəniz, kreditin qalıq dəyərini azaltmış, beləcə qalıq dəyəri üzərindən hesablanan faiz məbləğləri də azalmış olacaq. Ay sonların ödəniş etsəniz, bunun tərsi baş verəcək, yəni daha çox faiz ödəyəcəksiniz.

Payment frequency – hansı intervalla geri ödəmələri həyata keçirəcəyinizi müəyyən etməlisiniz. Bu, daha çox müqavilədəki şərtlərdən asılıdır. İndiki mərhələdə sadəcə aylıq geri ödəmə variantını saxlamışam. Eyni faylın aylıq, kvartal, yarımillik və illik ödəmə planları da mövcuddur.

Faylda dəyişdirilməli xanalar sadəcə sarı ilə işarələnmiş olanlar və seçim variantı verən digər 2 xanadır. Digər xanalardakı məlumatlar sizin edəcəyiniz seçimlərdən asılı olaraq dəyişəcəkdir.

P. S. Bir təfərrüatı da diqqətinizə çatdırım ki, hesablamalar əlavə qarışıqlıq yaratmamaq üçün maksimal dərəcədə sadə saxlanılmağa çalışılmış, tarixlərdən qaynaqlanan əlavə hesablamalar oxuyanlar və faylla tanış olacaqlar üçün əlavə yük gətirməməsi məqsədilə diqqətə alınmamışdır.

Uğurlar!

Advertisements

7 thoughts on “Kredit kalkulyatoru – aylıq ödənişlərin hesablanması

  1. salam “ayın əvvəlində”, “ayın sonunda” 1 və 2 rəqəmləri ilə necə əlaqələndirmisiz? zəhmət olmasa açıqlaya bilərsiz?

    Like

    • Salam.
      Bu cür əlaqələndirmə Excel-də yer alan Combo Box vasitəsilə avtomatik həyata keçirilir. Məsələn, Combo Box içinə yazdığınız ilk yazı avtomatik 1, ikinci yazı 2, üçüncü yazı da 3 rəqəmini almış olur. “Ayın əvvəlində” sözü siyahıda birinci yerdədirsə, bu o deməkdir ki, Excel ona 1 rəqəmini artıq verib, biz tərəfdən əlavə hər hansı bir əməliyyata ehtiyac yoxdur. Tək etməli olduğumuz – həmin 1 və 2 rəqəmlərini formullarımızda lazımi qaydada istifadə etməkdir.

      Like

  2. “Beginning of the period” secende sehv verir (2 aylik odeme araliqli verir). Daha duzgun odeme grafiki verildiyi ayin gunu ile ust-uste dushmesidir. Meselen, kredit 13.11.2014 tarixinde verilmishdirse ordinary annuity’dirse 1-ci odeme tarixi 13.12.2014 olmalidir, annuity due ise 13.11.2014 olmalidir. Elave olaraq, istirahet gunlerinde birinci qeyri istirahet gunune almagi da elave eliye bilersiniz. Ugurlar!

    Like

    • Tamamilə doğrudur, Ülvi bəy, düzgün buyurursunuz. Siz qeyd etdiyiniz nyuansı şüurlu olaraq görməzdən gəlmişəm, məqsədim bu cür qrafiklərin hazırlanma mexanizmini göstərmək idi.
      Daha dəqiq hesablaması isə siz dediyiniz formatda olmalıdır.

      Like

      • Umumiyyetle qeyd edim ki, bloqunuzu chox beyenirem))) Oz biliklerinizi paylashirsiniz. Ishde excel bacariqlarinin tekmilleshdirmek isteyenleri sizin bloqa refer eliyeceyem.

        Like

        • Çox minnətdaram xoş sözləriniz üçün. Siz də gördüyünüz çatışmamazlıqları dilə gətirdiyiniz üçün mən sizə dərin təşəkkürümü bildirirəm 🙂 Ümid edirəm, pozitiv mənada kritik yanaşmanız hər zaman davam edər 🙂
          Sizə də uğurlar!

          Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s