HLOOKUP funksiyası

HLOOKUP funksiyası VLOOKUP funksiyası ilə əkiz qardaş kimidir, tək bir fərqlə – VLOOKUP bizə lazım olan məlumatı sətirlərdən, HLOOKUP isə sütunlardan tapır.

VLOOKUP funksiyasının məntiqini lazımi qaydada anlamış hər kəs üçün HLOOKUP çox sadə gələcəkdir.

Aşağıdakı cədvəldə illər üzrə Macbook satışları göstərilib.

HLOOKUP - 1

İstəyirik ki, B16 xanasına (Years) daxil etdiyimiz hər hansı bir ilin satış rəqəmləri C16 xanasına (Total sales) avtomatik gəlmiş olsun. Bunun üçün C16 xanasına aşağıdakı formul daxil edilməlidir. Formulun məntiqini izah etməyə çalışacağam.

     =HLOOKUP(B16;D11:H12;2;FALSE)

HLOOKUP - 2

Gördüyümüz kimi, VLOOKUP-da olduğu kimi, burda da funksiya 4 komponentdən əmələ gəlir.

Lookup_valueaxtarılmaq istənilən dəyər – Burda B16 xanasına link veririk, çünki ancaq il daxil etmiş olsaq, o zaman sadəcə o ilin satış rəqəmi gələcək və başqa ilin satışını öyrənmək üçün formulun içinə daxil olub dəyişiklik etməmiz gərəkəcək. Ancaq link verərək, sadəcə linki verilən xanadakı ili dəyişərək, satış rəqəmlərini update etmiş olacağıq.

Table_array – Bu dəyərin hansı cədvəldə axtarılacağı – Bizim cədvəlin koordinatları girilməlidir. Yəni cədvəlin hansı aralıqda olduğu. Misaldakı aralıq – D11:H12 aralığıdır.

Row_index_numBizə lazım olan məlumatın cədvəldəki sətir nömrəsi – Satış məbləğləri cədvəlimizin hansı sətirindədir? Bəli, 2-ci.

Range_lookup – Dəqiq nəticə əldə etmək üçün hər zaman FALSE seçilməlidir.

Enter-ə kliklədikdən sonra formulumuzu tamamlamış oluruq. Bundan sonra B16-dakı illəri hər dəfə dəyişdikdə, satış məbləğinin də avtomatik olaraq yeniləndiyini görəcəyik.

Hesablama faylını əlavədən endirə bilərsiniz.

Uğurlar!

Faylı endir – HLOOKUP funksiyasi

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s