Şəxsi büdcəni necə nəzarətdə saxlamalı? – dashboard

Hər maaş aldıqdan sonra 1 həftəlik zaman dilimi bir çoxumuz üçün maaşı bitirmək üçün yetərli olur. Ayın bitməsinə 3 həftə qalmasına baxmayaraq maaş hesabımızda heç nə qalmadığını görürük. Tanış gəlirmi? O zaman az sonra yazacaqlarımı həyata keçirməyə çalışın, hər şeyin necə nəzarətdə qalacağına təəccüb edəcəksiniz. Bunun üçün ilk addım olaraq aşağıdakı linkdəki faylı endirin.

Faylı endir – Personal Budget

Faylın necə hazırlanmış olduğundan daha çox, faylın nəyə xidmət etdiyi və işləyiş mexanizmi üzərində fikirləri cəmləmək istəyirəm.

Gördüyünüz kimi faylda 3 sheet var: Dashboard, InputCalculations. Qəribə səslənə bilər, amma tək dəyişiklik edəcəyiniz sheet Input sheet-i olacaqdır. Digər sheet-lər ancaq hesablama və hesabatlıq üçündür.

Personal budget - 1

Input sheet-inin strukturuna nəzər yetirək. Əvvəla, əsas məsələ sağdakı cədvəli doldurmaqdır.

Personal budget - 2

Kateqoriya olaraq adlandırdığımız – bizim normal həyatımızda çəkəcəyimiz xərc kateqoriyalarıdır. Məsələn, gün ərzində etmiş olduğunuz bütün xərc kateqoriyalarını düşünün. Hər kəsdə bu, fərqli-fərqlidir. Bu sütuna məhz o kateqoriyalar əlavə edilməlidir. Mən bura şərti olaraq, kitab və jurnallar, avtoservis, kommunal xərclər kimi maddələr əlavə etmişəm, lakin siz, bunu özünüzə uyğun dəyişin. Və unutmayın, yalnız və yalnız K sütununu dəyişdirmək lazımdır, digər sütunlarda formullar var, onlar avtomatik qaydada yenilənəcək.

Ümumi xərc kateqoriyaları müəyyən edildikdən sonra, sıra gündəlik xərclərin qeydiyyatına gəlir. Bəli, əfsuslar olsun ki, gündəlik olaraq çəkdiyiniz xərclərin həm kateqoriyasını, həm də məbləğini yadınızda saxlamağınız gərəkəcək. Məsələn, hansısa kafedə 5 AZN ödəmisiniz, 12 AZN-lik sinema bileti almısınız, və s. və i.a.

Bütün bunların aşağıdakı formada qeydiyyatını aparmalısınız.

Personal budget - 3

Date – Əvvəla, xərciniz hansı tarixdə olub onu bilməlisiniz, çünki az sonra görəcəyimiz üzrə, aylar üzrə hesabat avtomatik formalaşanda, sizin girmiş olduğunuz tarixlər əvəzsiz rol oynayacaq.

Category – Bu, xərc maddələridir. Az öncə müəyyən etdiyimiz, cədvələ daxil etdiyimiz xərc maddələri. Gördüyünüz kimi, asanlıq olsun deyə, burda drop-down list olaraq bütün xərc siyahısı gəlir.

Amount – Çəkdiyiniz xərcin məbləği

Description – Əlavə məlumat olaraq istədiyiniz açıqlama xarakterli mətn daxil edə bilərsiniz.

Not envisaged – Bu sütunda gördüyünüz kimi, “x” işarələri var. “x” işarəsi qoyduğunuz hər bir xərc maddəsi heç gözləmədiyiniz, normalda nadir rastlaşacağınız xərclərə qoyulur. Bunun nə işə yaradığına az sonra toxunacağam.

Bütün bu məlumatlar (əsasən, tarix, kateqoriya və məbləğ) düzgün daxil edildikdən sonra, az öncə dediyim kimi aylıq hesabat avtomatik formalaşdırılmış olur. Bunun üçün Dashboard sheet-inə getməyiniz kifayətdir.

Personal budget - 4

Hesabatımız artıq hazırdır. Ən sağda üstdə ayları dəyişərək, hər ay üçün olan rəqəmləri görə biləcəksiniz. Gəlin bu dashboard-ın nələrdən ibarət olduğuna qısaca baxaq.

  1. Əvvəla, solda üstdə o ay üçün indiyə qədər xərclədiyiniz ümumi məbləğ yer alır. (1,841 AZN)
  2. Daha sonra, o ay üçün nəzərdə tutulmayan xərclərin cəmi var. “x” işarələrini xatırlayın. (893 AZN)
  3. Bu iki məbləğin sağında o ay üçün ən yüksək 5 xərc kateqoriyası və onların o ayın xərclərinə nisbəti göstərilir. Beləcə, ən çox nəyə xərcləmiş olduğunuzu anında öyrənmiş olursunuz.
  4. Monthly trend hissəsi, bu hesabata başladığınız tarixdən bu günə qədərki ayların cəmlərini qrafik şəklində göstərir.
  5. Və ən sonda seçmiş olduğunuz ay üzrə ən yüksək 10 kateqoriya haqqında məlumat.

Bu qədər. Ümid edirəm ki, bu və ya buna bənzər sistemlərdən istifadə edərək, öz şəxsi maliyyənizi səhmana salacaq, nələrə çox xərclədiyinizi analiz etmə imkanına sahib olacaqsınız.

Uğurlar!

Advertisements

10 thoughts on “Şəxsi büdcəni necə nəzarətdə saxlamalı? – dashboard

  1. Salam.Men teqdim etdiyiniz fayla monhtly gained elave etmek isteyirem ve isteyirem ki bu sheet 1-ci sehifedeki dashboard ila elaqelensin.Bunu nece etmek mumkundur.komek etmis olsaz siza minnetdar olaram

    Like

    • Orxan bəy, bunu siz özünüz edə bilərsiniz, amma xeyli işləməli olacaqsınız, çünki dashboard-da əlavə yer açmalısınız, aylıq gəlirlərinizi ora linkləməlisiniz. Çətin bir proses deyil, amma müəyyən zamanınızı alacaq.
      Ümumiyyətlə dashboard düzəltmək daha çox sənətkar bir yanaşma tələb edir, siz öz zövqünüzə uyğun mənim hazırladığım faylı dəyişdirə bilərsiniz. Yaxın zamanda boş vaxtım olsa, fayl üzərində işləyib, ora gəlirləri də artırmağa çalışaram.
      Uğurlar!

      Like

      • Cox sagolun.Men excel fayl uzerinde ishleyirem.Sizin de yaratdiginiz fayli sebirsizlikle gozleyecem.Cunki maraqli bir ish olacagi bellidir

        Like

    • Çox sadə yolla buna nail ola bilərsiniz. Kateqoriyalar olan siyahıya dəyişiklik etməklə fayldakı bütün digər əlaqəli yerləri yeniləmiş olursunuz. Tək etməli olduğunuz – Kateqoriyalar cədvəlini update etmək.

      Like

  2. Salam,
    Bu excell formanın birinci səhifəsində sütunlar A-dan L-ə kimi, sətirlər isə 1-dən 37-yə kimidir. Digər hissələr isə aktiv deyil.
    Sualım ondan ibarətdir ki, aktiv olunmayan hissəni necə düzəldə bilərəm ?
    Cavabı e-mail ünvanına da yazardınız zəhmət deyilsə.
    Əvvəlcədən təşəkkürlər.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s