CONCATENATE funksiyası

Funksiyanın adının çox uzun və yaddaşda saxlamanın çətin olduğunu düşünmək olar, lakin Excel-də mətn funksiyaları arasında bəlkə də mahiyyət baxımından ən çox istifadə olunanıdır. Mahiyyəti isə çox sadədir – fərqli xanalarda olan məlumatları bir tək xanada ard-arda toplayır. Nə mənaya gəldiyinə daha ətraflı baxaq.

Fərz edək ki, HR mütəxəssisisiniz və şirkətinizdə işləyən işçilərin siyahısını əldə etmək istəyirsiniz. Muhasibatlıq proqramı sizə bu imkanı verəcək, lakin aşağıdakı screenshot-da da görəcəyimiz üzrə, bir çox halda adlar bir, soyadlar başqa sütunda olacaq. Manual olaraq onları birləşdirmək, əlbəttə mümkündür, lakin doğru və məntiqli yol deyildir. Aşağıdakı screenshot-da örnək ad və soyadlar göstərilib və diqqət etsək, onları fərqli xanalarda görərik. Belə ki, Namiq Kamilov adlı işçinin adı C3, soyadı isə D3 xanasındadır.

CONCATENATE - 1

Biz isə, onları eyni xanada görmək istəyirik. CONCATENATE məhz burda köməyə gəlir. Ad və soyadları birləşdirmək üçün, E sütununun müvafiq xanalarına aşağıdakı formul daxil edilməlidir.

CONCATENATE - 2

Formulun yazılışına diqqət etsək görərik ki, CONCATENATE funksiyasından istifadə etmək üçün, text1, text2, text3 kimi komponentlər daxil edilməlidir. Funksiya onları bir xanada birləşdirəcək.

Mənim yazdığım formulda C3 və D3 xanalarından əlavə ortada dırnaq işarələri arasında boşluq olduğunu görürsünüz. Bunu etməzsək, o zaman ad və soyad bir-birinə bitişik yazılacaq.

Eyni əməliyyatı CONCATENATE funksiyasından istifadə etmədən də apara bilərik. Bunun üçün & işarəsinə ehtiyac duyacağıq.

CONCATENATE - 3

İşləyiş baxımından hər iki metod tamamilə eyni nəticəni verir, lakin şəxsi təcrübəmə əsaslanaraq funksiyalı metoda hər zaman daha çox üstünlük verirəm.

Çalışma faylını əlavədən endirə bilərsiniz. Hesablamanı ancaq ilk şəxs (funksiya ilə) və ikinci şəxs (& istifadə edərək) üçün istifadə etmişəm. Digərlərini özünüz yoxlaya bilərsiniz. (P.S. E3 xanasını Copy edib digər lazımi xanalara Paste etsəniz işi saniyələr ərzində bitirmiş olacaqsınız.)

Uğurlar!

Faylı endir – CONCATENATE funksiyasi

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s