VLOOKUP funksiyası

VLOOKUP funksiyası HLOOKUP funksiyası ilə birgə lookup funksiyaları arasında ən çox işlədilənlərdir.

Hesab edin ki, aşağıdakı screenshot-da göstərildiyi kimi, əlimizdə dünya şəhərlərinə aid siyahı və hər bir şəhərin qarşısında həmin şəhərdə yaşayan insan sayı olsun. Ehtiyacımız odur ki, seçdiyimiz hər hansı bir xanaya istənilən şəhər adını daxil etdiyimiz zaman, o şəhərdə yaşayan əhali sayı avtomatik olaraq başqa xanada əks olunsun.

Misal olaraq, B14 xanasına (indiki halda Barcelona) istənilən şəhəri yazdığımız anda, C14 xanası həmin şəhərin əhali sayısını avtomatik gətirmiş olsun. Beləliklə, C14 xanasına yazacağımız formul şəhər adları dəyişdirildikcə avtomatik qaydada yenilənəcək.

VLOOKUP - 1

Bunun üçün, C14 xanasına aşağıdakı formul daxil edilməlidir.

=VLOOKUP(B14;B4:C10;2;FALSE) 

Aşağıdakı screenshot-a diqqət yetirsəniz, istifadəçilərin asan ayırd edə bilməsi üçün Excel hər bir komponenti fərqli rənglərdə verir.

VLOOKUP - 2

Görüldüyü kimi, bu formulun 4 komponenti var:

  1. Lookup_value: Axtarılacaq mətn, və ya rəqəm. Misalımızda – Barcelona.
  2. Table_array: Axtarılacaq yer – B4:C10 cədvəli.
  3. Col_index_num: Sütun nömrəsi – 2-ci sütun, çünki bütün rəqəmlər 2-ci sütunda yerləşib
  4. Range_lookup: Dəqiq və ya təxmini rəqəm.

Formulda deyilir ki, B14 xanasını (indiki halda Barcelona) B4:C10 aralığında tapdığın zaman, həmin aralığın 2-ci sütunundakı rəqəmi C14 xanasına yaz.

Hesablamaların aparıldğı Excel faylını aşağıdakı əlavədən endirə bilərsiniz.

Uğurlar!

Faylı endir – VLOOKUP()

Advertisements

2 thoughts on “VLOOKUP funksiyası

  1. Tamamilə doğrudur, Günay xanım, VLOOKUP ancaq sağa doğru işləyir. Sola doğru məlumat tələb edildikdə, sizin də qeyd etdiyiniz kimi INDEX və MATCH funksiyalarının kombinasiyasından istifadə edilməlidir. Bu mövzu haqqında sonrakı günlərdə məqalə olacaq.
    Qeydləriniz üçün təşəkkürlər!

    Like

  2. Vlookup funksiyasi lookup_value sizin daxil etdiyiniz table_array in birinci sutununda yerlesdiyi halda isleyir. Eger yerlesme basqa cur olsa meselen sizin misalda sutunlarin ardicilligi Poulation,City kimi olsa ve siz verilen City kriteriyasina uygun Population axtarmali olsaniz Vlookup #N/A sehvini qaytaracaq. Bu halda axtardigimiz value-nu tapmaq ucun index(match) funksiyalarinin kombinasiysindan istifade etmek lazimdir. =INDEX($C$3:$C$4;MATCH(B9;$D$3:$D$4;0)) – C sutununda Population, D sutununda ise City melumatlari yerlesir

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s