Remove Duplicates – Məlumat bazasından unikal siyahının əldə edilməsi

Fərz edin ki, ofis ləvazimatları istehsal edən bir firmada satış analitiki olaraq işləyirsiniz. Qarşınızda hər bir məhsul növü üzrə gündəlik satış rəqəmləri olan fayl var. Bu faylda, fərqli tarixlərdə satılan, stollar, kreslolar, ofis mebelləri üzrə siyahı var və siz neçə cür məhsul satmış olduğunuzu bilmək istəyirsiniz. Lakin, burda qarşımıza bir problem çıxır. Minlərlə sətir olan siyahıdan unikal məhsul adlarının müəyyən edilməsi gərəkdir, amma bu məsələnin həlli manual qaydada mümkün olsa da, hədsiz dərəcədə çox vaxt tələb edir və məsələnin bu şəkildə həlli məntiqli və effektiv həll yolu deyil.

Misal üzərindən gedək.

Remove Duplicates

B sütununda satışı həyata keçmiş məhsul növlərini görürük, lakin, daha öncə də qeyd etdiyim kimi, eyni məhsul il ərzində dəfələrlə satılır. Unikal məhsul siyahısını əldə etmək üçün unikal siyahının istənildiyi bütün sütun seçilir və boş olan hər hansı başqa sütuna Copy-Paste edilir. Daha sonra, Paste edilmiş seçilir və Menu-dan Data >> Data Tools >> Remove Duplicates kliklənir.

Qarşımıza aşağıdakı ekran çıxacaq. Excel hansı sütundakı təkraredən dəyərləri silməmizi təsdiq etməmizi istəyir. Mənim misalımda, bu, S sütunudur.

Remove Duplicates - 2

OK düyməsini kliklədiyimiz zaman, Excel lazım olan bütün işi saniyələr ərzində görmüş olur.

Remove Duplicates - 3

Beləliklə, unikal məhsul siyahısını əldə etmiş oluruq. Praktika etməniz məqsədilə, istifadə etdiyim faylı əlavədən endirə bilərsiniz.

Uğurlar!

Faylı endir – Raw sales data

Advertisements

4 thoughts on “Remove Duplicates – Məlumat bazasından unikal siyahının əldə edilməsi

  1. Size uğurlar! Bloq zenginləşdikcə Azərbaycanca Excel ‘reference manual’ rolunu oynaya bilər və çox iddialıdır. 🙂 Azərbaycanca mənim bildiyim yeganə resursdur.

    Like

  2. ‘Data Tools’ tab’in altındakı hər bir alət haqqında maraqlı məqalələr gözləyirik 😉 Əsasən ‘Consolidate’, və ‘What-if analysis’ haqqında.

    Uğurlar!

    Like

    • Mən əsasən Goal Seek haqqında yazmağı planlaşdırırdım, amma digərləri haqqında da fürsət tapdıqca yazmağa çalışacağam 🙂 Təklifiniz üçün çox sağ olun, mütləq nəzərə alacağam 🙂

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s