VİDEO – 2 tarix arasındakı iş günlərinin hesablanması – mühasiblər üçün

2 tarix arasındakı günlərin sayını hesablamaq, 2 tarix olan xananı bir-birindən çıxmaqla əldə edilə bilər. Lakin, bu 2 tarix arasında qeyri-iş günləri də varsa, o halda bu məqamı da nəzərə almaq lazımdır. Bu qısa videoda bu mövzuya toxunmuşuq. Xüsusilə ezamiyyə və əmək haqqı hesablamalarında faydalı olacaqdır.

Daha çox video izləmək üçün Youtube kanalımıza abunə ola bilərsiniz.

 

Bankların gündəlik valyuta alış-satış qiymətləri – avtomatik yenilənmə ilə

“Hansı bank bu gün ən aşağı məzənnəni təklif edir?” – yəqin ki, bu sualla tez-tez qarşılaşmısınız. Və cavabı tapmaq üçün ya müvafiq banklara bir-bir baxmaqla, ya da Banker.az kimi ixtisaslaşmış web-saytlardan almaqla. Biz bunun bir addım daha ötəsinə gedərək, bütün məlumatı Excel faylımıza real-zamanlı olaraq gətirəcəyik. Web-saytda məlumat yeniləndikcə, bizim faylımızda da ən son bazar qiymətləri əksini tapacaqdır.

Continue reading

Power Query ilə Mərkəzi Bankın istənilən 2 tarix arasındakı valyuta məzənnələrinin çəkilməsi

Mərkəzi Bankın tək bir tarixə aid bütün valyuta məzənnələrinin Excel cədvəlimizə gündəlik olaraq avtomatik gətirilməsini Power Query ilə web-saytdan məlumat götürmək mövzusunda müzakirə etmişdik. Bəs hər hansı bir tək valyuta məzənnəsinin (məsələn, EUR) seçdiyimiz istənilən tarix aralığına müvafiq olaraq Exceldə avtomatik yenilənməsini necə edə bilərik? Bu yazı, məhz bu mövzudan bəhs edəcəkdir.

Continue reading